İranda ötən sutka ərzində 1364 nəfər koronavirusa yoluxub, daha 27 nəfər isə ölüb.
Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildiriblər.
İranda virusdan ölənlərin sayı 143 894 nəfərə çatıb, yoluxanların sayı isə 7,53 milyondan çoxdur. Virus daşıyıcılarından 1043 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 7,29 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 53,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 154 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,8 milyon təşkil edir.