Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir.
Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bir müddət əvvəl Qarabağ müharibəsi veteranı I qrup əlil Dəmirov Yaməddin Hidayət oğlunun evində olarkən qazinin bildirdiyi problemlərin həll edilməsi üçün aidiyyəti göstərişlər verib.
Yenidən qazimizin evində olan ŞİH-nin başçısı evdə görülən təmir işləri ilə yaxından tanış olub.
Qeyd edək ki, qazimizin müraciəti əsasında yaşadığı evin həyəti hasarlanmış, evdə cari təmir işləri aparılmış və mətbəx əşyası alınıb.