Modern.az

Atmosfer havasının keyfiyyəti yaxşılaşıb

Atmosfer havasının keyfiyyəti yaxşılaşıb

Aktual

7 Sentyabr 2022, 10:28

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, ölkə üzrə atmosfer havasında həm qaz qarışıqlarının, həm də  dispers toz hissəciklərinin miqdarı norma daxilində olub. 

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, ölkə ərazisində havanın yağıntılı keçməsi hava keyfiyyətinə öz  müsbət təsirini göstərib.

 

G. Abbasova onu da qeyd edib ki, hava proqnozlarını, faktiki hava şəraitini, hava keyfiyyətinə dair monitorinq məlumatlarını meteo.az saytından əldə edə bilərsiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat