Modern.az

Deputat Bərdədə yeni klinikaya baş çəkib

Deputat Bərdədə yeni klinikaya baş çəkib

Aktual

12 Sentyabr 2022, 09:16

Bərdə rayonunda Səhiyyə Nazirliyinin tabeleyində olan yeni klinika istifadəyə verilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin Bərdədən olan deputatı Fatma Yıldırım deyib.

 

O qeyd edib ki, raona səfəri zamanı Fəxrəddin Hüseynov tərəfindən yeni inşa edilən "Zərnigar" klinikasına baş çəkib:

 

"Qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi mühüm yerlərdən birini tutur. Bərdə sakinlərinin yaxın gündə istifadəsinə veriləcək klinikanın tikintisinə 2018-ci ildə başlanılıb və yaxın vaxtlarda tikintisi tamamlanaraq istifadəyə veriləcəkdir. Ən önəmlisi odur ki, bu klinikada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıqlarla təmin ediləcəkdir".

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat