Modern.az

Odessaya dronlarla hücum edildi

Odessaya dronlarla hücum edildi

Aktual

25 Sentyabr 2022, 11:00

Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Cənub Operativ Komandanlığı məlumat yayıb.

 

"Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir", - məlumatda bildirilib.

 

Qeyd olunub ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub.

 

Əhali arasında itki və zərər çəkən yoxdur.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi