Modern.az

Ölkəmizdə meymunçiçəyi təhlükəsi yoxdur - RƏSMİ

Ölkəmizdə meymunçiçəyi təhlükəsi yoxdur - RƏSMİ

Aktual

5 Oktyabr 2022, 10:42

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

 

Səhiyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.


Qeyd olunub ki, indiyədək virusla əlaqədar olaraq ümumilikdə 2 test istifadə edilib:

 

“Şübhəli hallar olmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən çox istifadə edilməyib".


Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır