Modern.az

Sumqayıtda çayxana, avtoyuma və market yandı

Sumqayıtda çayxana, avtoyuma və market yandı

9 Oktyabr 2022, 10:19

Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (çayxana, avtoyuma, market) sahəsi 80 m² olan çayxanada 1 ədəd soyuducu və 4 dəst stol-stul yanıb, lambirdən ibarət tavan 20 m² sahədə əriyib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan sahəsi 40 m² olan avtoyuma məntəqəsinin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib.

 

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər