Modern.az

Qarabağ Qəbələyə gedir, “Sabah” “Kəpəz”ə qarşı

“Qarabağ” Qəbələyə gedir, “Sabah” “Kəpəz”ə qarşı

Aktual

9 Oktyabr 2022, 10:49

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son iki oyunu keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bununla da ölkə çempionatında I dövrəyə yekun vurulacaq.

 

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olacaq. 7 görüşdən 21 xal toplayan "köhlən atlar" turnir cədvəlinə başçılıq edir. "Qırmızı-qaralar" isə 15 xalla 5-cidir.

 

İki komanda indiyədək Premyer Liqada 54 dəfə üz-üzə gəlib. Bunların 10-da "Qəbələ", 29-da "Qarabağ" qələbə qazanıb. 15 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də Ağdam klubunun xeyrinədir - 85:43.

 

“Qarabağ” 16 oyundur rəqibinə uduzmur. “Qəbələ” son iki matçda xal qazanmayıb.

 

Tura "Sabah" - "Kəpəz" matçı ilə yekun vurulacaq. Hazırda meydan sahibləri 19 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan qonaqlar isə 8-ci yerdə gedir.

 

Komandalar indiyədək ölkə çempionatında qarşılaşmayıblar.

 

9 oktyabr (bazar)

 

17:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Anar Salmanov

Qəbələ şəhər stadionu, 17:00

 

19:30. “Sabah” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

“Bank Respublika Arena"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Bakını müharibə ilə hədələdi