Modern.az

İlham Əliyev Moldovaya səfərə dəvət olundu

İlham Əliyev Moldovaya səfərə dəvət olundu

Aktual

10 Oktyabr 2022, 13:54

Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya səfərə dəvət edilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı bildirilib.

 

Moldovanın Baş naziri Nataliya Qavrilitsa deyib:

 

"Cənab Prezident, Zati-aliləri, Sizinlə görüşmək və yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün bu fürsətə görə olduqca minnətdaram. Həqiqətən, son ilyarım ərzində çoxsaylı səfərlər vasitəsilə əlaqələrimizdə xüsusi canlanmanın şahidi olmuşuq. Fürsətdən istifadə edərək, mən Prezident Sandunun Moldovaya səfər dəvətini bir daha Sizə çatdırıram".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV