Modern.az

İlham Əliyev dəvətə görə Japarova təşəkkür edib

İlham Əliyev dəvətə görə Japarova təşəkkür edib

11 Oktyabr 2022, 18:44

Həm xalqlarımız arasında qardaş xarakterli münasibətlərə, həm də Qırğız-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib.

 

İndiyədək qardaş Qırğız torpağında iki dəfə olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Azərbaycan Prezidenti qırğızıstanlı həmkarına müraciətlə deyib: “Qırğızıstana rəsmi dövlət səfərim ilk dəfədir və o, demək olar, Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir. Bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır