Modern.az

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Aktual

20 Oktyabr 2022, 08:50

ABŞ hökuməti Rusiya əleyhinə sanksiyaların siyahısını genişləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, sanksiya tətbiq olunan şəxs və şirkətlər Amerika istehsalçılarından hərbi və milli təhlükəsizliyə həssas ikili istifadə texnologiyalarının alınması, habelə onların Rusiyada son istifadəçilərə çatdırılması ilə məşğul olub.

 

Məlumata görə, məhdudiyyətlər Yuri Orexovaya məxsus “Nord-Deutsche Industrieanlagenbau GmbH” və “Opus Energy Trading LLC” şirkətlərinə qarşı tətbiq edilib.

 

Sanksiya siyahısına düşən şəxslərin ABŞ-dakı aktivləri dondurulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?