Modern.az

Allergiya tamamilə müalicə olunmur

Allergiya tamamilə müalicə olunmur

Aktual

21 Oktyabr 2022, 11:42

“Allergiyanı tamamilə müalicə etmək demək olar ki, mümkün deyil. Lakin səbəbini bildikdə xəstəliyi müalicə etmək daha asandır”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tahirə Pənahova bildirib.

 

Onun sözlərinə görə, allergiyanın qarşısını almaq üçün allergenin daxil olmasının qarşısını almaq vacibdir.

 

“Məsələn, qida allergiyasıdırsa, buna səbəb olan qida rasiondan çıxarıldıqdan sonra şikayətlər də tam aradan qalxır. Dərman allergiyası ciddi xəstəliklər qrupuna aiddir. Əgər dərman allergiyasının səbəbi müəyyən edilməzsə, bu zaman xəstə tərəfindən dərmanın təkrar qəbulu zamanı daha ciddi allergik reaksiya və ya təhlükə anafilaktik şoka səbəb ola bilər.

 

Vaxtında həkim-allerqoloqa müraciət etməklə, xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür”, - həkim qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır