Modern.az

Siyasi əməkdaşlıq reallığa çevrilib - Bağdat Amreyev

Siyasi əməkdaşlıq reallığa çevrilib - Bağdat Amreyev

Aktual

21 Oktyabr 2022, 18:12

"Siyasi əməkdaşlıq reallığa çevrilib, iqtisadi əməkdaşlıq, nəqliyyat sahəsində və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq inkişaf edir".

 

Modern.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

 

O, mədəni-humanitar əməkdaşlığın münasibətlərin əsası olduğunu deyib: "Biz hətta təhlükəsizlik sahəsində də əməkdaşlığa başlamışıq. Bu yaxınlarda ölkələrimizin təhlükəsizlik şuraları rəhbərlərinin görüşünü keçirmişik. Bizim xüsusi xidmətlərimiz işləyir. Biz bu sahə üçün yaxşı baza yaratmışıq. Ölkələrimiz arasında həm ikitərəfli əsasda, həm də artıq daha geniş əsasda hərbi-texniki əməkdaşlığı və hərbi əməkdaşlığı nizamlamışıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır