Modern.az

Naxçıvana gedən təyyarədə nasazlıq YARANDI 

Naxçıvana gedən təyyarədə nasazlıq YARANDI 

Aktual

23 Oktyabr 2022, 20:24

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdır.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.

 

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ