“Azərbaycanın diqqəti Şuşa - Laçın yolunda keçirilən aksiyaya kilidlənib. Bütün Azərbaycan aksiyaçılarladı və dəstək ifadə edir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn deyib.
O bildirib ki, Qarabağa, aksiya yerinə gedib qoşulmaq istəyənlərin müraciətləri hər an artır. O cümlədən siyasi partiyalardan müraciətlər var.
“Bir neçə siyasi partiya rəhbərliyi ilə müzakirələr keçiririk. Gedişlə bağlı hüquqi problemləri həll etməyə çalışırıq”.
Xatırladaq ki, Azərbaycanlı ekofəalların, QHT və media nümayəndələrinin Laçın yolunda dünəndən başlatdığı etiraz aksiyası bu gün də davam edir. Etirazın məqsədi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qızıl və mis yataqlarını qanunsuz istismarına qarşı yönəlib.