Modern.az

BMT rəhbəri “Taliban”a etirazını bildirdi

BMT rəhbəri “Taliban”a etirazını bildirdi

Aktual

25 Dekabr 2022, 10:30

BMT “Taliban”ın əfqanıstanlı qadınların qeyri-hökumət təşkilatlarında işləməsinə qadağa qoymasını pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreşin ofisi bəyanat yayıb.

 

Məlumata əsasən, BMT-nin Baş katibi qadınların milli və beynəlxalq qeyri-hökumət təşkilatlarında işləməsinin qadağan edilməsindən narahat olduğunu dilə gətirib.

 

Bəyanatda vurğulanıb ki, Baş katib “Taliban”ın əmri ilə bağlı xəbərlərdən olduqca narahatdır:

 

“Bu qərar ölkə daxilində fəaliyyət göstərən və ən həssas qruplara ziyan verəcək. Ən əsası, qadınlara və qızlara kömək edən çoxsaylı təşkilatların işinə maneə yaradacaq”.

Sizə yeni x var
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!