Modern.az

Obyektlərə dədələrinin adını qoyurlar - Deputatdan irad

Obyektlərə dədələrinin adını qoyurlar - Deputatdan irad

Aktual

27 Dekabr 2022, 13:02

“Azərbaycanda bəzi obyektlərin adlarına baxırsan, heç nə başa düşmürsən. Başa düşürəm, brendir. Amma biz Azərbaycanda yaşayırıq, vətəndaş özünü xaricdə hiss etməli deyil”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

 

“Bizim dil haqqında qanunumuz var. Buna niyə əməl olunmur? Dədəsinin, babasının, qohunun adını obyektinə qoyurlar. Bakıda toyxanalara baxırsan, hamısı yunan adlarıdır. Yunan qadınlarının adları toyxana adlarını bəzəyib. Bir baxmaq lazımdır ki, adını qoyduğun şəxs kimdir, hansı mənsəbə qulluq edib. Bizim mentalitetə uyğundurmu? Lisenziya verənlər buna diqqət yetirməli və qanunlara əməl edilməlidir. Çünki dil bizim üçün vacibdir”,- deyə deputat çıxışında bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?