Modern.az

Qarabağda monitorinqə kim mane olub? - Nazir açıqladı

Qarabağda monitorinqə kim mane olub? - Nazir açıqladı

Aktual

27 Dekabr 2022, 16:23

Rusiya xarici işlər naziri ilə görüşdə Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycan tərəfinin mövqeyini tam bildirmişəm.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

 

Nazir tam detallı danışıqları açıqlamağı düzgün hesab etməyib:

 

"Amma bizim monitorinq qrupunun ora buraxılmaması yerli əhali tərəfindən təşkil olunan provakasiya ilə bağlı idi. Bu təbii ki, qurama işdir. Düşünürdülər ki, bu addımla nəyisə əldə edəcəklər. Azərbaycan dövləti uzun müddət səbirlə yataqlarda monitorinq aparılması istiqamətində iş aparırdı. Bu nəticə vermədiyi təqdirdə ekoloqlarımız belə aksiyaya start verdilər. Bu, onların hüquqlarıdır və bu hüquqdan istifadə edirlər”.

 

Qeyd edək ki, sülhməramlıların o ərazidə yerləşməsi 5 il ərzindədədir. Müddətinin uzadılması ilə bağlı hər hansı razılaşma və ya müqavilə yoxdur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi