Modern.az

Azərbaycan-İran münasibətlərində gərginlik var - XİN başçısı

Azərbaycan-İran münasibətlərində gərginlik var - XİN başçısı

Aktual

27 Dekabr 2022, 18:19

"Son dövrlər Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var. Mən vəziyyəti çox dramatikləşdirmək istəməzdim".

 

Modern.az xəbər verir ki, bunu 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

XİN başçısı bildirib ki, iqtisadi sahədə əldə olunmuş razılaşmalar icra olunur. 

 

"Azərbaycan-İran münasibətləri mövcud durumda daha yaxşı ola bilərdimi? Ola bilərdi. Azərbaycan heç bir halda bu münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb. İranlı həmkarımla da çoxsaylı danışıqlarımız olub, o da münasibətlərin inkişafının tərəfdarı olduğunu bildirib. Azərbaycanın mövqeyi belədir ki, qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq çərçivəsində münasibətlər inkişaf etməlidir”, - nazir çıxışında vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi