İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində şənbə günü axşam baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərin sayı 1167 nəfərə çatıb.
Modern.az xəbər verir ki, İSNA agentliyinin məlumatına görə, Xoy şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində 1167 nəfər xəsarət alıb.
Şənbə günü axşam İranın Qərbi Azərbaycan əyalətində, Xoy şəhəri yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib, azı 3 nəfər həlak olub. Hadisədən sonra 25-dən çox afterşok qeydə alınıb, onlardan ən güclüsü 4,5 bal gücündə olub. Əyalətdə ən azı 17 müvəqqəti məskunlaşma düşərgəsi yaradılıb.