Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu növbəti dəfə Azərbaycana təşəkkür edib.
Modern.az xəbər verir ki, nazir bu barədə Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib.
"Qardaşlarımız Türkiyədə baş vermiş yanğınlar zamanı da bizə köməklik etdi. Var olsun, Azərbaycan!"