Modern.az

Xilasedicimiz Türkiyədə xəsarət aldı - VİDEO

Xilasedicimiz Türkiyədə xəsarət aldı - VİDEO

Aktual

15 Fevral 2023, 20:27

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.

 

Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb. 

 

Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.

 

Onu da əlavə edək ki, “CNN Türk” kanalı səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilir.

 

 

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!