Modern.az

“Aztelekom” yeni rəqəmsal TV xidmətini təqdim edir

“Aztelekom” yeni rəqəmsal TV xidmətini təqdim edir

Aktual

16 Fevral 2023, 15:46

İndi “Aztelekom” və “Baktelecom”un fiber-optik internet xidməti (GPON-Gigabit Passive Optical Networks) üzərindən təmin olunan yeni TV xidməti – Tvin TV-ni əldə edən   abunəçi ümumi 247   TV kanalından 57-ni   HD yayım keyfiyyətində izləmək imkanı əldə edəcək. Tvin TV-nin heç bir yaddaş kartı olmadan verilişlərin 7 günlük arxivini izləmək və “YouTube”,   “Netflix” kimi tətbiqlərdən istifadə etmək kimi üstünlükləri var.

 

Qeyd etmək lazımdır ki, Tvin TV həm adi TV, həm də Smart TV funksiyalarına malikdir. 

 

“Aztelekom” Tvin TV-ni əldə etmək istəyən abunəçilərinə 3-ü 1-də paketini 27 AZN-ə, “Baktelecom” isə 29 AZN-ə təqdim edir. Bu paketə telefoniya, 30 mbit/s GPON texnologiyalı internet və TV xidmətləri daxildir.

 

4K keyfiyyəti özündə ehtiva edən xidmətin digər üstünlükləri aşağıdakı kimidir:

 

Rahatlıq: 

 

24/7 dəstək 

valideyn nəzarəti funksionallığı

asan istifadə 

kabellərə və antenlərə ehtiyac yoxdur   

 

Sərfəli: 

 

12 aylıq güzəştli şərtlərlə pulsuz cihaz və qoşulma 

Smart TV-yə xərclənən vəsaitə qənaət 

3 xidmət birlikdə daha əlçatan

 

Məlumat üçün bildirək ki, rəqəmsal TV xidmətinə yalnız “Aztelekom” və “Baktelecom”un GPON xidməti olan ünvanlardakı abunəçilər qoşula bilərlər.

 

Bu paket daxilində 30 mbit/s internet təklif edilsə də, abunəçilər seçim əsasında daha yüksəksürətli fiber-optik internet xidmətləri də əldə edə bilərlər. Bu və ya digər xidmətlərə qoşulmaq üçün //tvintv.az/ saytı vasitəsilə, “TV” sözünü sms ilə 6789 qısa nömrəsinə göndərməklə və ya regional filialların ərazi üzrə xidmət göstərən şöbəsinə (Aztelekom abunəçiləri), Rabitə Xidmətləri Mərkəzlərinə (Baktelecom abunəçiləri) müraciət etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?