Modern.az

İlham Əliyev Astanada belə qarşılandı - VİDEO+FOTOLAR

İlham Əliyev Astanada belə qarşılandı - VİDEO+FOTOLAR

Aktual

10 Aprel 2023, 13:08

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.

 

Modern.az xəbər verir ki, “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

 

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.

 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

 

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndi.

 

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 

Mərasimdən görüntüləri təqdim edirik:

 

 

Xəbər yenilənəcək

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?