Modern.az

İtkin düşən hərbçilərimizin kimliyi məlum oldu - FOTO

İtkin düşən hərbçilərimizin kimliyi məlum oldu - FOTO

Aktual

10 Aprel 2023, 15:10

Naxçıvan Muxtar Respublikasında hərbi xidmət zamanı itkin düşən əsgərlərin kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda itkin düşən hərbçilərimizin Bakının Suraxanı rayon sakini Bəbirov Aqşin Qabil oğlu və Lənkəran sakini Axundov Hüseyn Əhliman oğlu olduğu bildirilir.  

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. 

 

Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?