Modern.az

Bəzi seçki dairələrinin tərkibi dəyişdirildi

Bəzi seçki dairələrinin tərkibi dəyişdirildi

12 Aprel 2023, 19:21

Məzahir Pənahovun sədrliyi ilə aprelin 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Modern.az-a bildiriblər ki, əvvəlcə Komissiyanın fevralın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.

 

Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı Neftçala, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

 

Beynəlxalq qurum və media orqanları nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə