Modern.az

Ermənilər artıq Rusiyanı tərəfdaş hesab etmir - Kreml narahatdır

Ermənilər artıq Rusiyanı tərəfdaş hesab etmir - Kreml narahatdır

14 Aprel 2023, 10:08

Rusiyanın Ermənistandakı səfirliyi ermənilər arasında sorğu keçirib. Əldə olunan nəticələr ürəkaçan olmayıb.


Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

 

Bildirilib ki, 2018-ci ilə qədər Ermənistan vətəndaşlarının 70 faizi Rusiyanı stratej tərəfdaş görürdü. İndi isə bu göstərici demək olar ki, iki dəfə azalıb. Son sorğunun nəticələrinə görə, ermənilərin cəmi 40 faizi Rusiyanı strateji tərəfdaş hesab edir.


Nəşrin məlumatına görə, Kreml əldə olunan nəticələrdən narahat olub. 


Onu da qeyd etmək lazımdır ki, erməni əhalisi Rusiya ilə müqayisədə İrana daha çox inanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat