Modern.az

Azərbaycan nümayəndələri Kahramanmaraşda

Azərbaycan nümayəndələri Kahramanmaraşda

Aktual

16 Aprel 2023, 19:33

Bu gün Azərbaycan nümayəndə heyəti Türkiyənin zəlzələlərdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə paylaşım edib.

 

Nümayəndə heyəti Kahramanmaraşda Azərbaycan hökuməti tərəfindən zəlzələdən zərər çəkənlər üçün qurulmuş çadır şəhərciklərinə baş çəkib və 360 çadırda ailələrə Ramazan bayramı münasibətilə yardımlar paylanılıb.

 

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, bu müddət ərzində daimi olaraq yardımlar davam edib, yenə də davam edəcək. Eyni zamanda zəlzələdən zərər çəkmiş insanlar üçün Azərbaycanın dəstəyi ilə evlərin tikilməsi üçün işlər də başlayır. Nümayəndə heyəti tikinti üçün ayrılmış yerə də baş çəkib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı