Modern.az

Meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

Meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

Aktual

19 Aprel 2023, 19:08

Meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Modern.az-a bildirib ki, gün ərzində meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 14 145 ədəd müxtəlif cinsli ağac əkilib.

 

“Yaz ağac əkini mövsümü başlayandan bugünədək 1772 hektar meşə fondu torpaqlarında, ümumilikdə, 1 milyon 80 min ağac əkilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dünən bıçaqlanma, bugün güllələnmə - Ölkədə nə baş verir?