Modern.az

Ərdoğan və Kılıçdaroğlu İstanbulda eyni gündə mitinq keçirəcək

Ərdoğan və Kılıçdaroğlu İstanbulda eyni gündə mitinq keçirəcək

28 Aprel 2023, 17:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun əsas rəqibi, CHP lideri Kemal Kılıçdaroğlu İstanbul şəhərində eyni gündə mitinq keçirməyi planlaşdırırlar.

 

Modern.az xəbər verir ki, bu barədə "Cumhuriyyet" qəzeti məlumat yayıb.

 

Belə ki, hər iki namizəd mayın 7-də şəhərin müxtəlif yerlərində mitinq keçirəcək. Ərdoğanın mitinqi Atatürk Hava Limanında, Kılıçdaroğlunun mitinqi isə Maltepe Orhanqazi Şəhər Parkında baş tutacaq.

 

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi