Modern.az

Ərdoğan səhhətindən DANIŞDI

Ərdoğan səhhətindən DANIŞDI

Aktual

29 Aprel 2023, 18:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhəti barədə danışıb.

 

Modern.az xəbər verir ki, o, CNN-in müxbirinə açıqlamasında özünü yaxşı hiss etdiyini və gümrah olduğunu bildirib.

 

"Allaha şükür, yaxşıyam", - Ərdoğan deyib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibə verərkən halı pisləşib. O, "Kanal 7" və "Ülke TV" kanallarının suallarını cavablandıran zaman canlı yayım kəsilib və reklama keçid edilib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib, Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu səbəbdən Ərdoğanın planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat