Modern.az

Liderlər Almatı Bəyannaməsinə sadiq olduqlarını təsdiqləyiblər - Mişel

Liderlər Almatı Bəyannaməsinə sadiq olduqlarını təsdiqləyiblər - Mişel

Aktual

14 May 2023, 20:51

Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra deyib.

 

O qeyd edib ki, sərhədlərin yekun delimitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək.

 

Mişelin sözlərinə görə, liderlər 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiq olduqlarını, Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə və Azərbaycanın 86 600 kvadratkilometrlik ərazi bütövlüyünə hörmətlərini təsdiqləyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?