Modern.az

50-yə yaxın evdən oğurluq etdi - VİDEO 

50-yə yaxın evdən oğurluq etdi - VİDEO 

Aktual

23 May 2023, 12:27

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsi və 6-cı Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində silsilə oğurluqlar edən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ilkin araşdırmalar zamanı onun 7 evdən və bir avtomobildən ümumilikdə 15 900 manat, 1 222 türk lirəsi, 12 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.

 

Vaqif Hümbətov ifadəsində bu oğurluqlarla yanaşı, azadlığa buraxılandan sonra son 9 ay ərzində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığını da etiraf edib.

 

Onun barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

 

“Vaqif Hümbətovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Binəqədi Rayon Polis İdarəsinə, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, - məlumatda bildirilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə