NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Xavyer Kolomina Cənubi Qafqaza gəlir.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb.
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi mayın 24-də Gürcüstana gələcək. Tbilisidən sonra Ermənistana və Azərbaycana səfər edəcək.
Xüsusi nümayəndə səfərinin məqsədi və görüşləri haqda NATO-nun Tbilisidəki Rabitə Bürosunda məlumat verəcək.