Modern.az

Azərbaycan Fələstində məktəb tikəcək

Azərbaycan Fələstində məktəb tikəcək

Aktual

5 İyul 2023, 18:52

Azərbaycan Fələstində məktəb inşa edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Fələstinin xarici işlər naziri Riad Əl-Maliki iyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirilib.

 

Azərbaycan Prezidenti Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşünü məmnunluqla xatırlayıb. Dövlət başçısı bu görüş əsnasında Fələstində Azərbaycan tərəfindən məktəbin tikilməsi layihəsi barədə müraciətin olduğunu qeyd edərək buna müsbət münasibətin bildirildiyini və tezliklə bu layihənin icra olunacağını deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar