Modern.az

Erməni silahlılarının ərazimizdə qalması bölgədə gərginlik mənbəyidir - Prezident

Erməni silahlılarının ərazimizdə qalması bölgədə gərginlik mənbəyidir - Prezident

30 İyul 2023, 17:37

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

 

Dövlət başçısı Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!