Modern.az

30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu

30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu

Aktual

28 Sentyabr 2023, 12:52

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Əsədov Vüqar Habil oğlunun qalıqları Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gətirilib.

 

Modern.az xəbər verir ki, Vüqar Əsədovla yaşadığı evdə vida mərasimi keçirilib.

 

Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Şəhidin qalıqları Lökbatandakı Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin yaxınları, Qaradağ rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Vüqar Əsədov Qaradağ rayonunda anadan olub. I Qarabağ müharibəsi başlayan ilk gündən torpaqlarımızın müdafiəsi üçün döyüşlərə qatılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə