Modern.az

Türk Şəhidlərinin müqəddəs məkanlarından biri...

Türk Şəhidlərinin müqəddəs məkanlarından biri...

Aktual

28 Sentyabr 2023, 13:42

Şərqi Zəngəzur bölgəsinin Əsgülüm dağlıq silsiləsinin və meşə hövzəsinin (1276 m) Zəngilan nahiyəsinə aid Satartız, Keçikli, Beşdəli, Sarıqışlaq... kəndlərinin dinc sakinləri də 1918-1920-ci illərdə rus-bolşevik və hay-daşnak silahlı qüvvələri tərəfindən amansız hücumlara, qətliam və soyqırıma məruz qalmışdır. Azərbaycan Milli Ordusunun, yerli özünümüdafiə qüvvələrinin və Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun döyüş heyəti mənfur düşmənlərə qarşı mübarizədə Qazi olmaqla həm də Şəhid məqamlarına da yetişmişlər...
  
Əsgülüm dağının cənub ətəyində, “Əhməd daşı” yerinə bitişik meşə qurşağına (palıd, əzgil, cır zoğal, cır alça, cır armud... ağacları, quşüzümü, yemişan... kolları daha çox idi)  bitişik (150 m məsafədə) Keşikli kəndinin şərq hissəsində, 4-5 km aralıdakı Beşdəli kəndinə gedən yolun üstündəki, üzüm bağları yaxınlığındakı qədim qəbirstanlığın giriş hissəsində 3-4 mamırlaşmış qəbir daşları (0,80-1 m boyda) Türk Şəhidlərinin uyduğu müqəddəs məqam kimi el tərəfindən qorunmuşdur, 1993-cü ilin 29 oktyabr tarixinədək...

Həmin məkan 1918-ci ildə Qarabağ bölgəsində dinc Türk-Müsəlman sakinlərə qarşı soyqırım qətliamları törədən hay-daşnak quldurlarına qarşı döyüşlərdə sinələrini sipər edən 5-ci Qafqaz İslam Ordusunun Şəhid olmuş əsgərlərinin uyuduğu yer olub.
 
Qəbir daşıın yuxarı hissəsinə “Ay-Ulduz” naxışı həkk edilmiş, ərəb əlifbası ilə yazı naxışlanmış idi və Keçikli kəndinin 1918-ci ilinin qanlı-qadalı hadisələri, eləcə də Şəhid məzarları barədə kənd sakini Şamxal Qəhrəman oğlu Rüstəmov (1909-1992) danışmışdır.
  
Keçikli kənd sakini İsmixan Şamxal oğlu Rüstəmovun (1952), Şamxal Qəhrəman oğlunun qız nəvəsi Leyli Rəşid qızı Kərimovanın (1975) söylədiklərinə görə, kəndin şimal-qərb qurtaracağında Savalan Əziz oğlu Səfərovun da evinə yaxın qaratikan pöhrəliyində, “Qəbir Seyid” yeri yaxınlığında mamır örtülü 2-3 Türk Şəhid qəbirləri qalırdı-60-80 sm boyda, qalınlığı 5 sm, eni 30-40 sm ölçüdə, yazısız, amma “Ay-Ulduz” nişanlı...
  
Cəmi Şəhidlərimiz ruhu Cənnətdə olsun...  

Amin... Amin... Amin...

                

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050 3726008)
           

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə