Modern.az

İtkin düşən hərbçinin nəşi Salyanda dəfn edildi - FOTO

İtkin düşən hərbçinin nəşi Salyanda dəfn edildi - FOTO

Aktual

28 Sentyabr 2023, 13:50

Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Atamoğlanov Əbülfət Sabir oğlunun nəşi Salyan rayonunun Kürsəngi kəndinə gətirilib.

 

Modern.az xəbər verir ki, bu gün orada şəhidlə vida mərasimi keçirilib. Mərhum doğulduğu Kürsəngidə də torpağa tapşırılıb.

 

Qeyd edək ki, Atamoğlanov Əbülfət Sabir oğlu 4.07.1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndinə anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

 

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Atamoğlanov Əbülfətə məxsus olduğu təsdiqlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə