Modern.az

BMU tələbəsi Sinqapurda doktoranturaya qəbul oldu

BMU tələbəsi Sinqapurda doktoranturaya qəbul oldu

Aktual

28 Sentyabr 2023, 16:57

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Lamiyə Rəhimova bakalavr pilləsindən birbaşa doktorantura səviyyəsi üzrə Sinqapur Milli Universitetinə  (Material science and engineering ixtisası) qəbul olub və tam təqaüd qazanıb.

 

Modern.az xəbər verir ki, L.Rəhimova 1 il Tədqiqat mühəndisi (Research engineer) vəzifəsində işlədikdən sonra PhD təhsilinə başlayacaq. BMU tələbəsinin qazandığı təqaüdün (4 illik) məbləği 136 550 ABŞ dolları təşkil edir.

 

BMU məzunu, həmçinin   “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib (Edinburq Universiteti) və “Halliburton” şirkətindən iş təklifi alıb.

 

2019-2020-ci tədris ilində BMU-nun Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasına (tədris ingilis dilində) 630 balla daxil olan L.Rəhimova bakalavriat səviyyəsini 94.71 ortalama müvəffəqiyyət göstəricisi və fərqlənmə diplomu ilə bitirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir