Modern.az

Şahin Mustafayev Çinə gedir 

Şahin Mustafayev Çinə gedir 

Aktual

28 Sentyabr 2023, 19:35

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Bakıda ÇXR-in yaranmasının 74-cü ildönümünə həsr olunmuş tədbirdə deyib.

 

Səfirin sözlərinə görə, Şahin Mustafayev Çin-Azərbaycan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlığı üzrə Komitənin doqquzuncu iclasına rəhbərlik edəcək.

 

Şahin Mustafayev isə öz növbəsində qeyd edib ki, noyabr ayında Çində Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə

tutulur:

 

“Ümid edirəm ki, bu iclasda qəbul edəcəyimiz qərarlar Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına töhfə verəcək. Azərbaycan nümayəndə heyəti eyni zamanda, Şanxay şəhərində keçiriləcək sərgidə də iştirak edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir