“Cənubi Qafqazda daimi sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz bərqərar olması və regionumuzdakı bütün ölkələrin rifahına töhfə verəcək müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə açıla bilər”.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) iclasının nəticələrinə dair məlumatda bildirilir.
Qeyd olunub ki, Ankara regionda davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcək.