Modern.az

Vida mərasimi Heydər Məscidində olacaq 

Vida mərasimi Heydər Məscidində olacaq 

Aktual

28 Sentyabr 2023, 22:38

Deputat Qənirə Paşayeva ilə vida mərasimi sabah saat 10-da Heydər Məscidində olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Q.Paşayevanın qardaşı Hüseyn Paşayev bildirib.

 

O qeyd edib ki, cənazə namazı qılındıqdan sonra Q.Paşayeva İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

 

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir