Modern.az

Ermənilər Azərbaycan səfirliyinə HÜCUM ETDİ

Ermənilər Azərbaycan səfirliyinə HÜCUM ETDİ

Aktual

28 Sentyabr 2023, 23:15

Ermənilər Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd ediblər.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra 1500-dək erməni Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd edib.

 

Onlar Livan təhlükəsizlik qüvvələri tərəfindən səfirliyə yaxınlaşarkən dayandırılıb. Nəticədə Beyrutda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ermənilər arasında toqquşma baş verib.

 

Məlumata görə, daşnaklar polisə molotov kokteyli və daşla hücum ediblər. Polis gözyaşardıcı qazdan istifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir