Modern.az

Rusiyada koronavirusa yoluxma halları artıb

Rusiyada koronavirusa yoluxma halları artıb

Aktual

29 Sentyabr 2023, 08:06

Mütəxəssislər Rusiyada Covid-ə yoluxma hallarında müəyyən artım müşahidə edirlər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat verib.

 

"Bu gün diqqət yetirmək istədiyimiz bir neçə infeksiya var. Təbii ki, halların müəyyən artımı hələ də yeni koronavirus infeksiyası ilə bağlıdır. Amma demək istəyirəm ki, onun kursunda elə aqressiv inkişaf formatı yoxdur. Xəstəxanaya yerləşdirilənlərin sayı azdır”, - deyə o bildirib.

 

Nazir əlavə edib ki, risk qruplarından olan insanlar yadda saxlamalıdırlar ki, fəsadlar ola bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir