Modern.az

"O, bizim üçün ölməyib" - Şamil Ayrım

Aktual

29 Sentyabr 2023, 10:40

"Qənirə Paşayeva Türk dünyasının sevimlisi idi".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən millət vəkili Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.

 

O, Qənirə Paşayevanın ölümü xəbərinin çox kədərli olduğunu bildirib:

 

"İkinci Qarabağ müharibəsindəki həyəcanı, qəlbinin Qarabağla döyünməsi hər kəs üçün nümunədir. O, bizim üçün ölməyib, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır və yaşayacaq. Qənirə xanımın çox sevəni var idi. Türkiyədə kimdən soruşsan, hər kəsin onunla bir yaxşı xatirəsi var. Qənirə Paşayeva Türkiyə ilə bağlı kitab yazmağı arzulayırdı. Amma ömür vəfa etmədi. Ruhu şad olsun".

 

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, sentyabrın 28-də vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir