Modern.az

Dünən 29 yanğına çıxış olub - 8 nəfər xilas edilib

Dünən 29 yanğına çıxış olub - 8 nəfər xilas edilib

Aktual

29 Sentyabr 2023, 11:50

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Modern-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla 8 nəfər, o cümlədən avtonəqliyyat qəzalarında 4 nəfər xilas olunub. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Həmçinin iki nəfərin cəsədi aidiyyəti üzrə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir