Modern.az

"Qənirə xanım Özbəkistanda layiqli hörmət qazanmışdı" - Səfir

Aktual

29 Sentyabr 2023, 12:12

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bunu diplomat “X” hesabında yazıb.

 

"Qənirə Paşayeva qısa sürən bütün ömrünü xalqına fədakar xidmətə, eləcə də onun xarici ölkələrlə əlaqələrinin möhkəmləndirməsinə həsr etdi. Qənirə xanım Özbəkistanda layiqli hörmət qazanmışdı. Onun ailəsinə, yaxınlarına və parlamentin rəhbərliyinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”,- deyə o yazıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir