Modern.az

Qudyalçay üzərində yeni körpünün inşasına başlanıldı

Qudyalçay üzərində yeni körpünün inşasına başlanıldı

Aktual

29 Sentyabr 2023, 12:42

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün dayaqlarının tikintisinə başlanılıb.

 

Modern.az xəbər verir ki, çayın hər iki tərəfində svayların vurulması işləri yekunlaşıb. Hazırda yeni körpünün dayaqlarının armaturla hörülməsi və betonlanması həyata keçirilir. Paralel olaraq çayın içində tikiləcək dayaqın svaylarının vurulması üçün hazırlıq işləri görülür.

 

Tikintinin vaxtında başa çatdırlıması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində çalışır.

 

İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub.

 

Qudyalçay üzərində yeni avtomobil körpünün inşasının 2 ay ərzində tamamlanması nəzərdə tutulub.

 

Hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən alternativ yoldan istifadə edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir