Tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət Hacıyeva Milli Məclisin deputatı Qənirə Paşayevanın vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.
Modern.az-ın məlumatına görə, başsağlığında deyilir:
“Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Qənirə Paşayevanın vaxtsız vəfatı xəbərini böyük kədərlə qarşıladığımı bildirir və mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Azərbaycan xalqının layiqli qızı Qənirə xanım əbədi olaraq yaddaşımızda qalacaq və onun Vətən yolunda nailiyyətləri ölkəmizin tarixində həkk olacaq. Ən əsası o, hər şeyə rəğmən, insaniyyətlikdən çıxmadı və buna görə nəinki yaddaşlarda, ürəklərimizdə dərin iz qoydu.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun! Ruhu şad olsun!”.